Cəbhədə düşmən hərbçisi öldürülüb
Cəbhədə erməni hərbçi öldürülüb. APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, ölən əsgər, 1997-ci il təvəllüdlü Sevan Ovanesoviç Xaçatryandır.
İnsident döyüş postlarının birində, təmas xəttinin şərq istiqamətində qeydə alınıb.
Erməni mətbuatı əsgərin qarşı tərəfdən aşılan atəş nəticəsində öldürüldüyünü yazıb. Hadisə ilə bağlı araşdırma aparılır.