MSK: Saat 10:00-a seçicilərin 12,9%-i səs verib
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 10:00-a qədər 5 267 111 seçicidən 680 438 səs verib.
Qeyd olunan vaxta qədər seçici fəallığı 12,9% təşkil edib.