Akademik Arif Paşayev səs verib
Azərbaycanda Konstitusiyaya dəyişikliklər üzrə referendumda səsvermə prosesi davam edir.
APA TV-nin xəbərinə görə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev də səsvermədə iştirak edib.
O, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 21 Saylı Seçki Məntəqəsində səs verib: "Camaat gəlir, öz sözünü deyir, fikrini söyləyir. Orada bütün maddələrə cavab verməlisiniz. Diqqətli olub oxuyun. Mən də o işi gördüm".