Ağdamda həkim çatışmazlığı
Ağdam Mərkəzi Rayon Xəstəxanasında 110 nəfərlik həkim ştatı boş qalıb. Mütəxəssis çatışmazlığı üzündən bəzi xətələrə diaqnozların qoyulması və müalicə edilməsi problemə çevrilib. Baxmayaraq ki, bu xətəxanada tam müasir standartlara uyğun iş şəraiti yaradılıb. Xəstəxananın baş həkiminin müavini APA TV-yə deyir ki, xəstələr başqa rayonlara və İrana üz tuturlar.
"İrana və ya başqa ölkələrə də üz tuturlar. Baxmayaraq ki, bizim xətəxanada bütün şərait var. Amma işləyən yoxdur".
Müəssisənin 41 əməkdaşı 20 ildən çoxdur, dondurulmuş məvacib alır. 20 il əvvəl rayon ermənilər tərəfindən işğal olunduğundan həmin mütəxəssislər respublikanın müxtəlif yerlərində məskunlaşıblar. Hazırda xəstəxanda fəaliyyətlərini davam etdirmələri isə mümkünsüz sayılır.
Qalıb işləyən həkimlərə gəlincə, Qara Qasımov deyir ki, burada çalışan kadrların əksəriyyəti müharibənin od-alovundan və sınağından keçib. Onlar bir vaxtlar səhra şəraitində məhrumiyyətlər içində çalışıblar.