SOCAR: “Günəşli'” yatağında qaz fontanı yanğına keçib
“Günəşli'” yatağının 19-cu özülündə 71 nömrəli quyuda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.
SOCAR-dan APA TV-yə verilən məlumata görə, “Günəşli'' yatağının 19-cu özülündə 71 nömrəli quyuda görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq fontan yanğına keçib. Bütün işçilər özüldən təxliyə olunub. Xəsarət alan olmayıb.
Açıq fontanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilir.