Keçmiş polis rəisinə yeni vəzifə verildi
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi olub.
APA TV-nın məlumatına görə, Ağaəli Xəlilov PX-nın uzun müddət boş qalan Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edilib. A.Xəlilov bundan əvvəl Saatlı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bundan başqa, Əflatun Məmmədov PX-nın Kadrlar İdarəsinin rəisi təyin edilib.