"Goldman Sachs": Neft 10 dollar bahalaşacaq
OPEC tərəfindən neft hasilatının dondurulması "qara qızıl"ı 10 dollar bahalaşdıra bilər.
APA TV-nin məlumatına görə, bu barədə "Goldman Sachs" investisiya bankının analitikləri bildirib.
"OPEC tərəfindən sutkalıq hasilatının 32,5-33 milyon barel dəhlizində müəyyən olunması neftin qiymətini dəstəkləməyə hesablanıb, lakin qısamüddətli perspektiv üçündür", - deyə bankdan bildirilib.
Bankirlər hesab edir ki, bazardakı qeyri-müəyyənlik yaxın aylarda da davam edəcək.