Dollar yenə ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının sentyabrın 30-a olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi bu günlə müqayisədə 0,25% azalaraq 1,6211 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,6252 manat olub.