Qubada KÖRPÜNÜ UÇURAN SÜRÜCÜ xəstəxanadan qaçdı

Oktyabrın 26-da Quba rayonunda körpü uçub. Rayon mərkəzindən 26 km məsafədə yerləşən Küsnətqazmalar və Qımılqazmalar kəndlərini Quba Xınalıq yolu ilə birləşdirən körpü uçub. Ağırtonnajlı “Shacman” markalı yük avtomobilinin ağırlığına dözməyərək çöküb. Nəticədə yük avtomobili Qudyalçaya düşüb. Hadisə zamanı avtomabildə 3 nəfər olub. Onlardan sürücü Samir Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Digər 2 nəfər heç bir xəsarət almayıb.

 

APA TV-nin xəbərinə görə, xəsarət alan sürücü xəstəxanadan qaçıb.

Müəllif | Apa.Tv
Vəli Turan