"Qarabağ" "Fiorentina"ya böyük hesabla uduzdu
Ölkə çempionu “Qarabağ” beynəlxalq arenada növbəti sınağına çıxıb. APA TV - nin xəbərinə görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olub.
Komandamız bu oyuna pis başlamasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin meydandan qovulması nəticəsində azlıqda qalıb. Bundan maksimum yararlanan italiyalılar doğma meydanda 5 qolla qalib gəliblər. Ağdamlıların gücü isə son dəqiqələrdə təsəlli qoluna çatıb.