Saatların çəkilməsinin insan orqanizminə təsiri - EKSPERT RƏYİ
"Saatların irəli və geri çəkilməsi bəzi ölkələrdə ləğv edilsə də, bu proses Azərbaycanda davam edir. Bu da insanların səhhətində bəzi problemlər yaradır".
"Pis təsir edir, çünki səhərlər yuxudan oyanmaq çətin olur".
"Vaxtın dəyişilməsi ilə bağlı məndə yorğunluq baş verir. Səhər tez durmaq, gecə geç yatmaq yorğunluq yaradır. Vaxtın necə gəlib-getdiyi başa düşülmür".
"Yuxudan durmaq problem olur, qaranlıq tez düşür".
"Evdar xanım üçün heç bir fərqi yoxdur, çəkildi ya çəkilmədi, eyni işlər bizim boynumuzdadır, edirik".
"İş saatları dəyişilsə, daha yaxşı olar".
Saatların əqrəbinin il ərzində bir dəfə geri və ya irəli çəkilməsinin insan səhhətinə təsirini azaltmaq üçün müəyyən profilaktik tədbirlər görmək olar. Bunu APA TV-yə pisixoloq Lalə Hüseynova dedi. Əlavə etdi ki, bu dəyişikliyə qarşı ən həssas qruplar məktəbyaşlı uşaqlar ,xəstələr və yaşlı insanlardır:
"Yuxu rejiminin dəyişməsi, eləcədə yorgunluq halının qaldırılması üçün ən yaxşı proflaktik tədbir açıq havada gəzmək, qida rejiminə düzgün əməl etməkdir".
Pisixioloq qeyd etdi ki, birdən-birə saatın çəkilməsi insan orqanizminə mənfi təsir edir.
"İnsanların sinir sistemində müəyyən gərginlik halı yarana bilir".
Pisixoloq onu da qeyd etdi ki, saatlar çəkildikdən sonra yenidən mühitə uyğunlaşma vaxtı 1 həftə davam edir.Vaxtı özümüzə uyğunlaşdırmaq mümkün olmadığından, çalışaq, vaxtla ayaqlaşaq.