Balakəndə 15 yaşlı oğlanı və atını maşın vurdu
Balakəndə 15 yaşlı oğlanı və onun atını maşın vurub.
Balakən rayon polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, sentyabrın 29-da saat 21.00 radələrində rayonun Talalar kənd inzibati ərazisində rayon sakini, Murtuzəli Hacı oğlu Mustafayev idarə etdiyi “VAZ-21074” markalı 90 DB 907 dövlət nömrə nişanlı avtomobil ata çırpılıb.
Nəticədə at ölüb, atı sürən Talalar kənd sakini, 2001-ci il təvəllüdlü Gümrah Mahir oğlu Osmanov isə aldığı xəsarətlə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
RMX-dan verilən məlumata görə, Murtuzəli Mustafayevə baş-beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.