"VAZ-2105" dərəyə yuvarlandı: bir ailənin 4 ÜZVÜ AĞIR YARALANDI

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib. Şəhər-rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Şəki-Qax yolunda, Şin körpüsü yaxınlığında qeydə alınıb. Şəki şəhər sakini , 1939-cu il təvəllüdlü Allahverdiyev Abuzər Yaqub oğlu idarə etdiyi "VAZ-2105" markalı maşında idarəetməni itirib və avtomobil Şin körpüsü yaxınlığında dərəyə yuvarlanıb. Nəticədə Abuzər Allahverdiyev, sərnişinlər -  sürücünün həyat yoldaşı, 1944-cü il təvəllüdlü Məmmədova Zürqələm Pirəli qızı, onların qızı 1969-cu il təvəllüdlü Məmmədova Əminə Abuzər qızı və ailənin nəvəsi 1999-cu il təvəllüdlü Məmmədova Mirvari Namiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Satansiyasına yerləşdiriliblər. Xəsarət alanlardan Əminə Məmmədovanın vəziyyətinin orta-ağır olduğu bildirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə alamaq üçün evə buraxılıblar.

 

Fakal bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv