Şəmkirdə qeyri-adi ölüm! QOÇ QADINI ÖLDÜRDÜ!
Şəmkirdə qeyri-adi ölüm hadisəsi baş verib. Kür qəsəbəsi inzibati ərazi vahidliyinə daxil olan Səməd Vurğun kəndində yaşayan 73 yaşlı Manya Həsənovanı qoç vurub. Xəsarət alan qadın Şəmkir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, qarın boşluğu və daxili orqanların qapalı travması diaqnozu qoyulan xəstəyə dərhal cərrahi müdaxilə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sahidlərin sözlərinə görə, 73 yaşlı Manya Həsənova qoçu tövlədən həyətə çıxaran zaman heyvanın hücumuna məruz qalıb. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.