Türkiyə "Katyuşa" ilə vuruldu, ölən və yaralananlar var
Türkiyənin Kilis şəhərinə Suriya ərazindən atılan üç "Katyuşa" ərmisi düşüb. APA TV-nin Türkiyə saytlarına istinadən xəbərinə görə, hadisə oktyabrın ikisində günortadan sonra qeydə alınıb.
Şəhərin mərkəzinə düşən və partlamayan mərmilərdən biri hərbçi-mütəxəssis tərəfindən zərərsizləşdirilərkən partlayış baş verib. Nəticədə mütəxəssis həlak olub, 2 əsgər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Raket zərbələrinə anında qarşılıq verən sərhəddəki türk hərbçiləri İŞİD-in mövqelərini atəşə tutub.
Xatırladaq ki, bu ilin əvvəlindən Türkiyə ərazisinin vurulması 22 nəfərin ölümü, onlarla insanın yaralanmasna səbəb olub.