Ermənistanda yeni müdafiə naziri təyin olundu - OHANYAN GETDİ
Ermənistan prezidenti Serj Sarkisyan yeni müdafiə nazirinin təyinatı barədə sərəncam imzalayıb.
APA TV -nın “newsarmenia.am”a istinadən verdiyi məlumata görə, Seyran Ohanyanı bu vəzifədə Viqen Sarkisyan əvəz edəcək. O, Ermənistan Prezidenti Administrasiyasının rəhbəri olub.
Viqrn Sarkisyan 1975-ci il təvəllüdlüdür. İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.