Siyəzəndə maşın aşdı, 3 nəfər yaralandı
Oktyabrın 3-ü axşam saatlarında Siyəzəndə yol qəzası baş verib. APA- TV nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 92-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, avtomobil maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 47 yaşlı Şeydayeva Gülnaz Ramazan qızı, onun həmyaşıdı Şirinova Şahnabad Sabir qızı və 50 yaşlı Həsrət Hacımuradovdur.
Faktla bağlı araşdırma aparılır.