Bakıda 42 yaşlı kişinin boğazı kəsildi
Bakının Binəqədi rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, 8-ci mikrorayon ərazisindən 42 yaşlı Azər Məmmədov boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib.
Yaralı dərhal əməliyyata götürülüb. Həkimlər onun həyatını xilas edə biliblər.
Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerində olublar, müayinələr aparılıb.
Azər Məmmədov həkimlərə özü-özünə xəsarət yetirdiyini bildirib. Lakin onun ifadəsinin düzgünlüyü polisin apardığı araşdırmaların yekununda məlum olacaq.
Faktla əlaqədar cinayət işi başlanıb.