Yağışlar nə vaxt kəsəcək? - HAVA PROQNOZU
Sabahdan etibarən Azərbaycan paytaxtında yağıntılar dayanacaq. Yağışların axşam saatlarından etibarən kəsəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA TV-yə bildirib ki, sabah və oktyabrın 29-da Bakıda və Abşeron yarmadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək: “Mülayim şimal küləyi ayın 29-da cənub qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ötən günlərdə müqayisədə bir qədər yüksələrək gündüz saatlarında 17-21 dərəcə isti təşkil edəcək”.
Oktyabrın 28 və 29-da metroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
Sabah Lənkəran-Astara zonasında qısa müddətli az yağış yağacağı ehtimalı var. Sabah gündüz və oktyabrın 29-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunda ayın 28 və 29-da bölgələrdə havanın hərarəti yüksələcək. Aran rayonlarında 17-22 dərəcə, dağlıq rayonlarda isə 12-17 dərəcə isti gözlənilir.