Dollar bir az da ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının oktyabrın 5-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi bu günlə müqayisədə 0,14% azalaraq 1,6115 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,6138 manat olub.