PKK Şanlıurfada daha bir türk əsgərini şəhid etdi
PKK Türkiyənin Şanlıurfa bölgəsində polis idarəsini atəşə tutub. APA TV-nin Türkiyə saytlarına istinadən məlumatına görə, baş verən atışmada bir hərbçi ağır yaralanıb.
Hadisə Mardin Viranşəhər yolunun Karakuzu qəsəbəsində qeydə alınıb. Terrorçuların hücumu nəticəsində onlara cavab atəşi açılıb.
Hadisə Mardin Viranşəhər yolunun Karakuzu qəsəbəsində qeydə alınıb. Terrorçuların hücumu nəticəsində onlara cavab atəşi açılıb.
Ağır yaralı olan hərbçi xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkünsüz olub.
Bölgədə antitarror əməliyyatları genişləndirilib.