Xaçmazda müəllimi maşın vurdu - MÜƏLLİMLƏR GÜNÜNDƏ
Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 saylı orta məktəbin Azərbaycan dili müəllimi, 1959-cu il təvəllüdlü Sultanova Zemfira Məmməd qızı “Opel-Astra” markalı avtomobillə vurulub.
Dərhal xəstəxanaya çatdırılan yaralıya sol yuxarı ətrafın qapalı sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.