Ölkə ərazisində temperatur 27 dərəcəyə yüksələcək
Oktyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu yarımadada gecə 13-16, gündüz 21-26 dərəcə, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.