MİT və ordunun 26 “FETÖ imamı” tutuldu
Türkiyədə FETÖ təhqiqatı çərçivəsində təşkilatın ordu və MİT-dəki imamlarına qarşı əməliyyat keçirilir. APA TV-nin məlumatına görə, 31 vilayətdə aparılan əməliyyatda 101 nəfər haqqında saxlanılma qərarı çıxarılıb.
Ankara Cümhuriyyət Baş Prokurorluğun təlimatı ilə həyata keçirilən prosesdə FETÖ-nün Türkiyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatında imamlıq etdiyi iddia olunan 26 şəxs saxlanılıb. Təhqiqat çərçivəsində Malatya vilayətində saxlanılan mayor haqqında məhkəmə həbs qərarı çıxarıb.