Əməliyyat üçün köməyə ehtiyacı olan proqramçıya dəstək kampaniyası keçirildi

İnformasiya Texnologiyaları sahəsində çalışan gənclər köməyə ehtiyacı olan həmkarlarına dəstək aksiyası keçiriblər. Xəzər Universitetində keçirilən aksiyada 32 yaşlı proqramçı Valeh Mirzəyevin əməliyyat olunması üçün lazım olan məbləği toplamaq üçün çağırışlar səslənib. Bildirilib ki, hazırda Belarusda müalicə olunan Valeh Mirzəyevin əməliyyat olunması üçün maddi yardıma ehtiyacı var.

“Onun müalicəsi üçün 110 min manata ehtiyac var. Ona görə də biz fikirləşdik ki, insanlar arasında belə cərəyan yaradaq ki, yardım kampaniyasına qoşulsunlar”.

"Valeh Mirzəyevə dəstək" adlı seminarda gənc proqramçılar Arif Şəmistanlı və Emin Quliyev informasiya texnologiyaları sahəsində öz bilik və təcrübələrini bölüşüblər. Onlar seminar iştirakçılarını dəstək aksiyasına qoşulmağa dəvət ediblər.

Məlumat üçün bildirək ki, Mirzəyev Valeh Vaqif oğlu 1981-ci ildə anadan olub. İki azyaşlı uşağı olan Valeh ailədə yeganə iş sahibidir. Uzun müddətdir bank sektorunda informasiya texnologiyaları sahəsində çalışır və hazırda Azərbaycan Mərkəzi Bankının əməkdaşıdır. 2013-cü ilin iyununda həkimlər ona “ilkin limfoblastik leykoz” diaqnozu qoyublar. 3 aydır müalicə olunan Valeh Mirzəyevin əməliyyat olunmasına ehtiyac var.

Valeh Mirzəyevlə bağlı bankda hesab da açılıb.

Adi: Mirzəyeva Kifayət Agaəli qızı
Müştərinin hesab nömrəsi: AZ29UBAZ01148621741010AZN001
Bank: UNİBANK CB
SWIFT ADRESI: UBAZAZ22
(Baku,AZ,Azerbaijan)
Kod: 505754
VÖİN: 1300017201
Benefisiar Bankin hesab N-si: AZ46NABZ01350100000000015944

Əlaqə telefonu +994502627297
 

Müəllif | Apa.Tv