Rusiyada adam oğurlayan AZƏRBAYCANLILAR HƏBS EDİLDİ!

Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairəsi üzrə Baş İdarəsinin əməkdaşları adam oğurluğu ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin üç üzvünü həbs ediblər. APA TV-nin xəbərinə gğrə, saxlanan şəxslərdən birinin ötən il girov götürülmüş və xüsusi əməliyyat nəticəsində azad edilmiş şərti adı Anar olan azərbaycanlı olduğu müəyyənləşib. Dəstə üzvləri Anarı ötən il oğurlayaraq, atasından 5 milyon dollar girov pulu tələb ediblər. Atasının müraciətindən sonra hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirərək Anarı azad ediblər.

 

Keçirilmiş son əməliyyat zamanı saxlanan şəxslərdən birinin imkanlı iş adamlarından birinin oğlu olan, ötən il girov götürülmüş Anar olduğu polisi belə təəccübləndirib. Məlum olub ki, saxlanan şəxslərin digər ikisi əvvəllər Anarı girov götürmüş dəstənin azadlıqda qalan üzvüdür. Həmin şəxslər girovluqdan azad edildikdən sonra Anarı dəstəyə cəlb edib və bildiriblər ki, onun atasının imkanlı olduğu və 5 milyon dollar girov pulu ödəyə biləcəyi barədə xəbəri onlara digər bir azərbaycanlı verib. Dəstə üzvləri bu işə görə dırnaqarası “düzgün navodka” verməmiş azərbaycanlını cəzalandırmaq qərarına gəlib və ondan 5 milyon rubl haqq tələb ediblər. Bu cinayətin izinə düşən polislər aralarında sabiq girovun da olduğu, Gürcüstan doğumlu üç azərbaycanlını həbs ediblər. Fakt üzrə araşdırma davam edir. 

Müəllif | Apa.Tv