Qarşı yolla hərəkət edən avtobuslar - TIXAC GÖRÜNTÜLƏRİ

Həftənin ilk günü təkcə yeni iş həftəsinin başlanğıcı deyil. Həm də yeni tıxaclar, bu səbəbdən yollarda hədər gedən saatlar, əsəb gərginliyi, işə başlamadan yorulmaq deməkdir, Bakıda.

 

APA TV-nin çəkiliş qrupu tez-tüz uzun tıxacların yarandığı Babək prospektində müşahidə aparıb.

 

Bakıda tıxacları təkcə maşınların çoxluğu yaratmır. Səbəb həm də avtomobil sürücülərinin, xüsusilə marşrut avtobusları idarə edənlərin yol-hərəkət qaydalarını ciddi surətdə pozmasıdır.

 

Mənzil başına çatmaq üçün lazım olan vaxtı yolun uzunluğuna görə deyil, tıxacın uzunluğuna görə müəyyənləşdirməyiniz məsləhətdir...

 

Müəllif | Apa.Tv
Apa.tv