Bakıda məktəbli qız intihar etdi - DOĞUM GÜNÜNDƏ
Bakıda dəhşətli intihar hadisəsi baş verib. APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, 2001-ci ildə Saatlı rayonunda anadan olmuş Qəniyeva Aygün Qubad qızı Xocasən qəsəbəsində yaşadığı fərdi yaşayış evində özünü asıb.
Yaxınları 15 yaşlı qızın meyitini hamamın nəfəsliyindən asılı vəziyyətdə aşkarlayıblar.
Oktyabrın 6-da A.Qəniyeva 15 yaşını tamam edib. Onun niyə məhz doğum günündə həyatına son qoyması məlum deyil. O, 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.