Daşkəsəndə 9 yaşlı oğlan özünü asdı - DƏHŞƏTLİ İNTİHAR

Daşkəsəndə dəhşətli hadisə baş verib. Abbasovlar ailəsinin 9 yaşlı üzvü Loğman Abbasov tövlədə özünü asıb. Səhər yuxudan duran ailə üzvləri Loğmanı görməyincə axtarmağa başlayıblar. Sonra valideynləri onu asılmış vəziyyətdə tövlədən tapıb. İntiharın səbəbi hələlik məlum deyil. Vesti.az xəbər verir ki, faktla bağlı Daşkəsən rayon Prokurorluğunda CM-nin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi acılıb.

 

9 yaşlı oğlan ailənin 2-ci uşağı olub. 6 uşaq atası olan Vuqar Abbasovun prokurorluq əməkdaşlarına verdiyi məlumata görə, oğlunun intihar etməsinə hec bir səbəb olmayıb. Prokurorluqdan isə bildiriblər ki, ailə maddi baxımdan imkansız şəraitdə yaşayıb. Hətta onları yeməklə qonşular təmin edirlər. 

 

Müəllif | Apa.Tv