Qubada "Alma bayramı” keçirilib
Qubada “Alma bayramı” keçirilib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, tədbirə millət vəkilləri, 20-dən çox xarici ölkənin Azərbaycandakı nümayəndələri qatılıb.
“Alma bayramın”da milli adət-ənənələri əks etdirən kompazisiyalar qurulub, rayonda becərilən alma sortları nümayiş olunub. Eləcə də almadan hazırlanan müxtəlif şirniyyatlar, kokteyllər və içkilər iştirakçılara təqdim olunub. Bundan başqa, ən böyük alma nominasiyası üzrə qalib müəyyənləşib.
Bayram tədbiri çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olunub. Sonda tanınmış incəsənət xadimlərinin iştirakı ilə davam etdirilib.