Maşın kanala düşdü, BİR AİLƏNİN 4 ÜZVÜ BOĞULUB ÖLDÜ

Ağcabədidə dörd nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün olan Əhmədov Afiq Asif oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik maşını Ağcabədi rayonunun Mehrablı kəndi yaxınlığında su kanalına düşüb.

 

Nəticədə maşında olan 5 nəfərdən dördü – sürücü, onun həyat yoldaşı Əhmədova Lətafət Eliş qızı, sürücünün anası Əhmədova Qönçə Əhmədalı qızı və xalası Quliyeva Səriyyə Əhmədalı qızı kanalda boğularaq ölüb.

 

Maşında olan digər şəxs - sürücünün xalası oğlu Əhmədov Rəşid Əyyub oğlu isə xilas ola bilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb. Hazırda ibtidai istintaq aparılır.

 

 

Müəllif | Apa.Tv