Putin İstanbula gəldi
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb. APA-nın məlumatına görə, o, İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinə qatılacaq.
Yerli vaxtla saat 16:00-da Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Görüşdə enerji məsələsi, ikitərəfli əlaqələr və Suriya məsələsi müzakirə olunacaq.