Gəncədə 42 yaşlı qadını maşın vurdu
Gəncə şəhərində avtomobil piyadanı vurub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Yolu keçmək istəyən, 1974-cü il təvəllüdlü Sevinc Cahangirova “VAZ-2107” markalı avtomobillə vurulub. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.