Kürdəmirdə bədii gimnastika üzrə 2-ci kubok yarışı başa çatdı
Kürdəmirdə bədii gimnastika üzrə 2-ci kubok yarışı keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, 18 Oktyabr - dövlət müstəqilliyinin bərpası gününə həsr edilən yarışda 14 komanda üzrə 100 yaxın idmançı iştirak edib.
Yarışa qatılan 6-15 yaşlı gimnastlar öz güclərini sınayıblar. Göyçay, İsmayıllı, Kürdəmir, Gömrükçü, Zabrat, Qusar, Gəncə, Hövsan, Zirə, Zirvə, Şirvan, Bakı gimnastika məktəbi və Şağan Olimpiya İdman Kompleksi idmançılarının qatıldığı yarışda qaliblər 3 nominasiya üzrə mükafatlandırılıblar. Qrup komandaları üzrə Şağan, cəmiyyətlər arasında Qusar, yaş qruplarına görə isə Kürdəmir komandaları 1-ci yerə layiq görülüb. Qaliblər hədiyyə və kubokla mükafatlandırılıb.
Belə yarışların təşkilində məqsəd bölgələrdə bədii gimnastikaya olan marağın artırılması, bu idman növünə regionlarda yaşayan idmançıları cəlb etməkdi.