“VAZ 2107” mikroavtobusla toqquşdu, HƏR İKİ SÜRÜCÜ ÖLÜB

Samux rayon ərazisində, Gəncə-Qarayeri yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Samux rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Gəncə şəhər sakini, 27 yaşlı Rəşad Fərəcullayevin idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusla Samux rayon Qarayeri kənd sakini, 50 yaşlı Fikrət Musayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Hadisə zamanı hər iki sürücü hadisə yerində ölüb, “VAZ 2107”-də olan sərnişin, Şəmkir rayon Qılıncbəyli kənd sakini, 47 yaşlı Bəsti Abbasova isə ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli