Sabah Nazarbayev Azərbaycana gəlir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.
APA TV-nin məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçiriləcək. N.Nazarbayev oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək iclasına da qatılacaq.
Xatırladaq ki, oktyabrın 12-də Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gələcək.