Azərbaycana qanunsuz avtomobil gətirilməsinin qarşısı alındı
Azərbaycana qanunsuz avtomobil gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində oktyabrın 10-da sərhəd buraxılış məntəqəsindən Gürcüstandan Azərbaycan istiqamətində hərəkət edən Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Məmmədov Azər Tofiq oğlunun idarə etdiyi “Ford Tranzit” markalı, 90 OT 790 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanı eynilik təşkil etmədiyi aşkarlanıb. Faktla bağlı əməliyyat və istintaq tədbirləri davam etdirilir.