Rusiya Türkiyəyə meyvə-tərəvəz qadağasını ləğv etdi
Rusiya Türkiyədən ət və ət məhsulları, meyvə-tərəvəz, habelə ərzaq idxalına tətbiq olunan qadağanı ləğv edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə qərar hökumətin iclasında qəbul olunub. Qərarın mətni Rusiya hökumətinin rəsmi saytında da yerləşdirilib.
Sözü gedən qadağalar 2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsinin vurulmasından sonra qüvvəyə minib.
Sanksiyaların ləğvi prosesinə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 9 avqust tarixində Rusiyaya səfərindən sonra başlanılıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı Kreml rəhbəri Vladimir Putin bu məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılacağını bildirib.