Dolların məzənnəsi 1,6 manatdan aşağı düşdü
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının oktyabrın 12-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi ucuzlaşaraq 1,5986 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,6006 manat olub.