Aşurada Gəncə İmamzadəsində aksiya keçirildi
Aşura günü ilə əlaqədar Mərkəzi Qan Bankının Gəncə bölməsi tərəfindən İmamzadə ziyarətgahında qanvermə aksiyası təşkil olunub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə səhər saatlarından etibarən ziyarətə gələnlər qan verməyə başlayıblar.
İki saat ərzində 100-dən artıq vətəndaşın qan verdiyini nəzərə çatdıran tibb işçisi Təranə Niyazova aksiyada iştirak etmək istəyən insanların həkimlər tərəfindən müayinə olunduğunu söyləyib.
Qan Bankının Gəncə filialında bildirilib ki, səhər saat 9-dan başlayan aksiyada saat 4-ə kimi 300-dən artıq vədəndaş qan verib. Aksiyanın sabah Qan Bankının Gəncə filialında davam edəcəyi bildirilir.