Siyəzəndə maşın aşdı, sürücü öldü
Oktyabrın 12-si axşam saatlarında Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 97-ci km-də qeydə alınıb.
38 yaşlı Əzimov Habil Lətif oğlunun idarə etdiyi BMW markalı maşın aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.