Dariqa Nazarbayeva: "Atamın səhhəti yaxşıdır"
Qazaxıstan prezidenti Nursultan Nazarbayev özünü yaxşı hiss edir.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin qızı Dariqa Nazarbayeva bildirib.
"Prezidentin vəziyyəti xeyli yaxşılaşıb", - deyə D.Nazarbayeva qeyd edib.
Qazaxıstan prezidentinin mətbuat xidməti N.Nazarbayevin soyuqdəymə ilə əlaqədar müalicə olunduğunu bildirib. Bu səbəbdən onun bütün beynəlxalq səfərləri həftə sonuna kimi təxirə salınıb.
N.Nazarbayevin oktyabrın 12-də Azərbaycana, oktyabrın 14-də isə Ermənistana səfəri nəzərdə tutulurdu.