“Azneft”də “TOFAŞ” GEYİM MAĞAZASINA GİRİB, bir yaralı var

Bakının Neftçilər prospektində ağır yol qəzası baş verib. "Tofaş" markalı avtomobilin sürücüsü "Azneft" meydanına doğru hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı geyim mağazalarından birinə girib.

Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Tofaş” markalı minik avtomobilində olan bir nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisəyə səbəb kimi sürücünün avtomaşını yüksək sürətlə idarə etməsi göstərilir. Qəza Neftçilər prospektində tıxacın yaranmasına səbəb olub. Əraziyə əlavə polis qüvvələri cəlb olunduqdan sonra yolda nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub.

Səbayel Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv