Ədəbiyyat üzrə Nobelin sahibi məlum oldu
2016-cı il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.
APA TV-nin Nobel Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu mükafata Bob Dilan layiq görülüb. Bob Dilan ABŞ musiqiçisi, şairi və ssenaristidir.
O, 1941-ci ildə ABŞ-ın Minnesota ştatında doğulub. Babası Zigman Zimmerman Trabzondan (Osmanlı) Rusiyaya, ordan isə ABŞ-a köçüb.