Gəncədə iki avtomobil toqquşdu
Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
“Opel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sərnişin, 1975-ci il təvəllüdlü Vəfa Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.