Zabrat yolunda ağır qəza, İKİ SÜRÜCÜ AĞIR YARALANDI

Sabunçu-Zabrat yolunda ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, 10 RZ 296 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 90 KR 128 nömrəli "Daewoo Nexia" avtomobili toqquşub. Zərbədən avtomobillər yol kənarına sürüklənib.

 

Qəza nəticəsində hər iki sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar  3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

 

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza hərəkətin intensiv vaxtı baş verdiyindən magistral yolda sıxlıq yaranıb. Elə bu səbəbdən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yolu açmağa çalışıblar.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv