Moskva-İrəvan avtobusu qəzaya uğradı, ölənlər var
Şimali Osetiya ərazisində dəhşətli yol qəzası qeydə alınıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva-İrəvan marşrutu üzrə hərəkətdə olan avtobus ağır tonnajlı maşınla toqquşub.
Avtobusda 52 sərnişin olub, onlardan 5-i ölüb, 25 yaralı var. Yaralılar Vladiqafqazdakı xəstəxanalardan birinə çatdırılıblar.
Hadisə Beslan və Vladiqafqaz şəhərləri arasında, magistralda baş verib.