Temperatur düşür, yağışlar davam edəcək
Oktyabrın 16-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturunun yarımadada gecə 11-13 dərəcə isti, gündüz 14-17 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 15-20 dərəcə, dağlarda gecə 3-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.