Erməni hərbçisi postda güllələndi
Ermənistanda əsgər qətlə yetirilib. APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, Vaaqn Virabyan növbədə olarkən öldürülüb.
Hadisə bu gün qeydə alınıb. Ermənistan İstintaq Komitəsində bununla bağlı cinayət işi qaldırılıb. V.Virabyanın qətlində istifadə olunan odlu silahın kimə məxsus olduğu müəyyənləşdirilib.