Azərbaycanın araşdırma və beyin mərkəzləri - TƏQDİMAT

"Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri" adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabda ölkədə beyin mərkəzlərinin yaranması, inkişafı və pesrpektivlərinə dair məsələlərə toxunulub. APA TV-nin xəbərinə görə, kitabın müəllifləri Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov və qurumun daxili siyasətin təhlili şöbəsinin müdiri, fəlsəfə elmləri doktoruTahirə Allahyarovadır. Nəşrin ön sözünü siyasi elmlər üzrə fələfə doktoru Elnur Aslanov yazıb.

 

Beş fəsildən ibarət kitabda SAM-ın apardığı və Azərbaycanda Araşdırma və beyin mərkəzlərinin, ölkənin mövcud "beyin potensialı"nın reallığı haqqında aydın mənzərənin yaradılmasına imkan verən tədqiqatın nəticələri də geniş ictimaiyyətə təqdim edilib.

 

Müəllif | Apa.Tv